• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Yayda ucuzlaşma gözlənilirdi, amma... - Kirayə bazarında BAHALAŞMANIN SƏBƏBLƏRİ

CƏMİYYƏT

10 Iyun 2026 | 13:11

Yayda ucuzlaşma gözlənilirdi, amma... - Kirayə bazarında BAHALAŞMANIN SƏBƏBLƏRİ

Paytaxtın daşınmaz əmlak bazarında kirayə mənzillərin qiymətində artım tendensiyası davam edir. Halbuki əvvəlki illərdə yay fəslində kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunurdu. İqtisadi və sosial amillərin təsir etdiyi bu bahalaşma fonunda vətəndaşların tam təmirli və rahat mənzil tapması getdikcə çətinləşir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan daşınmaz əmlak məsələləri üzrə mütəxəssis Fərid Cəfərli kirayə bazarındakı mövcud vəziyyəti və qiymət artımına səbəb olan 4 əsas amili açıqlayıb.

Ekspertin sözlərinə görə, bahalaşmanın birinci və ən mühüm səbəbi bazarda təklif çatışmazlığının yaranmasıdır. Son illərdə kirayəyə verilən keyfiyyətli və tam təmirli mənzillərə olan tələbat mövcud təklifi qat-qat üstələyir. Xüsusilə metro stansiyalarının yaxınlığında və yeni tikili binalarda boş mənzillərin sayı kəskin şəkildə məhdudlaşıb.

Digər tərəfindən, regionlardan Bakı və Sumqayıt şəhərlərinə daxili miqrasiya axını səngimək bilmir. İş, təhsil və digər fəaliyyətlərlə bağlı paytaxta üz tutanların sayının yüksək olması kirayə bazarına təzyiqi durmadan artırır.

Fərid Cəfərli: Köhnə binaların söküləcəyi xəbəri yeni tikililəri bahalaşdırır

F.Cəfərli bildirib ki, hazırda kirayənişinlərin yeni tikililərə tələbatı daha yüksəkdir:

"Köhnə binaların yaxın gələcəkdə və zamanla söküləcəyi ilə bağlı xəbərlər insanları yeni binalara yönəldir ki, bu da həmin mənzillərin, xüsusən də təmirli evlərin kirayə qiymətini xeyri baha edib".

Mütəxəssis son olaraq turizm və qısamüddətli kirayə faktoruna diqqət çəkib. Belə ki, şəhər mərkəzində yerləşən mənzillərin müəyyən bir qismi artıq uzunmüddətli kirayədən çıxarılaraq, xarici turistlər üçün günlük və ya qısamüddətli kirayəyə yönəldilir:

"Bu tendensiya isə adi (daimi) kirayə bazarında ümumi təklifin azalmasına və nəticədə qiymətlərin süni şəkildə yüksəlməsinə rəvac verir".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026