• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

HADİSƏ

15 Iyul 2025 | 15:19

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, həmin ərazidəki qaraj tipli evdə yaşayan, 1995-ci il təvəllüdlü Valeh Məmmədov (soyad şərtidir) iki dəfə "ailə həyatı qurub". Onun birinci həyat yoldaşından 4, ikinci nikahdankənar həyat yoldaşından isə 1 övladı dünyaya gəlib. O, hər iki həyat yoldaşı ilə həmin qarajda yaşayıb. Valeh yaşadığı evin qarşısında ailə üzvləri ilə çay içərkən Emil adlı qonşu onlara yaxınlaşaraq telefonla çəkiliş etməyə başlayıb. Emil ailənin səs-küy salmasından şikayətlənib və bu barədə çəkiliş edib sosial şəbəkələrdə paylaşmaq istəyib. Valeh onun bu hərəkətlərinə etiraz etsə də, Emil çəkilişi davam edib . Nəticədə aralarında mübahisə yaranıb və Valeh hər iki həyat yoldaşı ilə birləşib Emili döyüb. Onlar Emilin baş və bədən nahiyələrinə müxtəlif xəsarətlər yetiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə V.Məmmədova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


SON XƏBƏRLƏR