• Bakı 27° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edildi

HADİSƏ

14 Avqust 2025 | 10:46

Narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edildi

Masallıda narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün saxlanılıb.

Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

13 Avqust 2025