• Bakı 14° C

    2.03 m/s

Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapıldı

HADİSƏ

13 Iyun 2021 | 20:21

Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Kərim Nicat Xaliq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR