• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bakıda FACİƏ:Əkiz bacılar yanaraq öldülər - YENİLƏNİB

CƏMİYYƏT

29 Iyun 2022 | 10:20 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda FACİƏ: Əkiz bacılar yanaraq öldülər - YENİLƏNİB

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacılar ölüb.

Bakıvaxtı.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov yanıq xəsarətləri alıb.

***

09:56

Bakıda mənzildə yanğın olub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Mənzildə baş verən yanğın zamanı azyaşlı körpə dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Hazırda yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026