• Bakı 22° C

    7.94 m/s

Bakıda polisin öldürdüyü qadının hadisə yerindən görüntüləri - VİDEO

HADİSƏ

30 Sentyabr 2021 | 13:36 | Müəllif: Subhan Mahmudov

Bakıda polisin öldürdüyü qadının hadisə yerindən görüntüləri - VİDEO

Azərbaycanda polisin arvadını qətlə yetirdiyi bölmədən videogörüntülər yayılıb. 

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub.  

Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026