• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Suraxanı sakini qonşusunu qətlə yetirib

HADİSƏ

30 Oktyabr 2021 | 11:46 | Müəllif: Subhan Mahmudov

Suraxanı sakini qonşusunu qətlə yetirib

Bakıda 43 yaşlı kişi qətlə yetirilib.

Suraxanı rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026