• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zaqatalada baş verən ağır qəzanın görüntüləri - VİDEO

HADİSƏ

30 Oktyabr 2021 | 09:58 | Müəllif: Subhan Mahmudov

Zaqatalada baş verən ağır qəzanın görüntüləri - VİDEO

Zaqatalada iki avtomobilin toqquşması ilə baş verən ağır qəzanın görüntüləri yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. 

Məlumatlara görə, hadisə ötən gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. 

Qəza zamanı Zaqatala rayonu Yuxarı Tala kənd sakini Nemət Şaban oğlu Aydəmirovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili Aşağı Tala kənd sakini Tərlan Yaşar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan VAZ-2106 markalı avtomobilin sürücüsü N. Aydəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

N. Aydəmirov rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən Zaqatala Peşə Məktəbinin müəllimidir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026