• Bakı 14° C

    14.27 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO

İQTİSADİYYAT

24 Aprel 2024 | 09:33

Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO

Taksilərin qiymətində artım müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşmür.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev qiymətlə bərabər keyfiyyətin də artmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

Qiymət artımı ilə bağlı "Bolt"dan qeyd edilib ki, sistemdə sifarişlər tələb təklif əsasında formalaşır. Sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək.

"Uber"dən isə açıqlanıb ki, səfərin yekun qiyməti ərazidəki boş avtomobillərin və taksi sifariş etmək istəyən insanların nisbəti, səfərin məsafəsi və müddəti, yollarda tıxaclar kimi bir çox amillərdən asılıdır. Boş sürücülər nə qədər az olsa, səfərin qiyməti də bir o qədər yüksək ola bilər.

Daha geniş "Xəzər Xəbər"in videomaterialında.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024