• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Nazir: Ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb

İQTİSADİYYAT

23 May 2024 | 11:48

Nazir: Ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb

Azərbaycan Respublikasının Prezidentinin uğurlu siyasəti sayəsində qlobal geosiyasi çağırışlara rəğmən 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanaqlılıq əldə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

    O bildirib ki, Azərbaycan Hökuməti tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb. Uğurlu inflyasiya tədbirləri cari ildə də davam etməkdədir. İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir. Ötən il Azərbaycanda ÜDM artımı qeydə alınmış və bu artımın hamısı qeyri-neft sektorunun hesabına olub: "Ölkəmizin iqtisadiyyatında struktur dəyişikləri baş verib. Belə ki, neft-qaz sektorunda azalma qeydə alınıb. Bu göstəricilər qeyri-neft sektorunun daha da sürətli artırılmasının önəmini göstərir".


    SON XƏBƏRLƏR

    15 Iyun 2024