• Bakı 23° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib

SİYASƏT

18 Iyun 2025 | 10:40

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏTPA) sədrlik Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisində keçirilən QDİƏTPA-nın 65-ci Baş Assambleyasının plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

    Sahibə Qafarova sədrlik tokmağını Bolqarısta trəfəinə təhvil verib.

    ***

    10:21

    Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, konfransda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzdenin çıxışı nəzərdə tutulub, həmçinin Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Albaniya Ali Məhkəmə Şurasının sədri İlir Rusi və Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Daxili işlər naziri Vilayət Eyvazov və digər ölkələrin hüquq ictimaiyyətinin nümayəndələrinin iştirak edir.

    Konfransda çıxışlar dinləniləcək, daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və digər mövzularda panel müzakirələr təşkil ediləcək.

    Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


    SON XƏBƏRLƏR