• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda tələbələr liseyin damına çıxıb "şou" göstərdilər - VİDEO

CƏMİYYƏT

27 Yanvar 2022 | 22:28 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda tələbələr liseyin damına çıxıb "şou" göstərdilər - VİDEO

Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər. Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.

Bəs tələbələr dörd mərtəbəli liseyin damına hansı şəraitdə və necə çıxıb? Məsələyə Peşə Təhsili üzrə Dövlət Agentliyi də münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, xezerxeber.az-ın məlumatına görə, şagirdlər liseyin damında ''Bunu heç kim edə bilməz'' deyib, riskli hərəkətlər ediblər.

Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan video birmənalı olaraq izləyicilər tərəfindən qınanıb. Çünki bu yaşda gənclərin belə hərəkət etməsi olduqca təhlükəlidir.

Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona ''yıxılarsan, çox qabağa getmə'' deyib. 

Məsələ ilə bağıı Peşə liseyinin rəhbərliyindən münasibət öyrənmək mümkün olmayəb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli isə bildirib ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır. ''Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək'',-deyə Ceyran Məmmədli qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026