• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir ailənin üç üzvü qidadan zəhərləndi

CƏMİYYƏT

26 Fevral 2022 | 21:54 | Müəllif: Subhan Mahmudov

Bir ailənin üç üzvü qidadan zəhərləndi

Qaxda bir ailənin üç üzvü qidadan zəhərlənib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Əmircan kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1985-ci il təvəllüdlü Elnarə Şaban qızı Ramazanova, onun övladı 2020-ci il təvəllüdlü Nemət Sahib oğlu Ramazanlı və anası 1963-cü il təvəllüdlü Aybəniz Murad qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı ailənin üzvlərinin nahar yeməyində yedikləri qidadan zəhərləndikləri məlum olub.

Hazırda hər üç ailə üzvünün müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-stabil olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026