• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qarabağa qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

CƏMİYYƏT

28 Mart 2022 | 19:25 | Müəllif: Subhan Mahmudov

Qarabağa qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir.

“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, - vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026