• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Bolt” da “Wolt”a qoşuldu - Etirazçılar birgə yürüş etdi

CƏMİYYƏT

27 Aprel 2022 | 17:30 | Müəllif: Qalib İbrahimoğlu

“Bolt” da “Wolt”a qoşuldu - Etirazçılar birgə yürüş etdi

Bir neçə gün əvvəl Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox şəxs işə çıxmayaraq etiraz etdiyi barədə xəbər vermişdik. Nəqliyyat vasitələrinin üstünə “Qiymətlər qalxmasa, işləməyəcəyik” şüarları yapışdıran kuryerlər hətta şirkətin mobil proqramını dondurmuşdular.

Bakıvaxtı.az xəbər verir ki,  “Wolt”un kuryerlərindən sonra “Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri də aksiya keçiriblər. Onlar daşıma qiymətlərinin aşağı salınmasına etiraz ediblər.

Etiraz edən kuryerlər çatdırdıqları hər sifarişin qiymətinin 1.10-1.20 manatdan hesablanmasından narazıdırlar. Onlar hər 100 sifarişə görə 350-360 manat pul aldıqlarını, bunun  kifayət qədər təhlükəli olan çatdırılma işi üçün çox kiçik məbləğ olduğunu bildiriblər. Kuryerlər 100 ədəd sifarişin qiymətinin ən azı 500 manat olmasını tələb ediblər.

Sosial şəbəkədə isə “Bolt”un eriraz edən əməkdaşlarının "Wolt"un kuryerləri ilə birlikdə yürüş etdikləri barədə görüntülər yayılıb.

Görüntüləri təqdim edirik:

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026