Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 747 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 026, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 236 nəfərdir.

















