• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Bakıdakı kanalizasiya xətləri ilə bağlı VACİB MƏLUMAT : Yağış suları...

CƏMİYYƏT

22 Oktyabr 2024 | 15:31

Bakıdakı kanalizasiya xətləri ilə bağlı VACİB MƏLUMAT : Yağış suları...

“Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub.

Bakıvaxtı.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək. 

Məlumatda bildirilib ki, hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur:

"Yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin". 

 


SON XƏBƏRLƏR