• Bakı 17° C

    0.68 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Bakının daha bir marşrut xəttinin avtobusları yenilənir

CƏMİYYƏT

29 Sentyabr 2025 | 22:29

Bakının daha bir marşrut xəttinin avtobusları yenilənir

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Sentyabrın 30-dan sərnişinlərin xidmətinə veriləcək 10 ədəd “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.


SON XƏBƏRLƏR