• Bakı 13° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakının Moskvadan TƏLƏBLƏRİ VAR: Bu, Rusiyanı qıcıqlandırır

SİYASƏT

28 Fevral 2025 | 13:15

Bakının Moskvadan TƏLƏBLƏRİ VAR: Bu, Rusiyanı qıcıqlandırır

Rusiya “Rossiya Seqodnya” beynəlxalq media qrupundan “Sputnik” agentliyinin nümayəndəliyinin bağlanması məsələsi ilə bağlı Azərbaycanla əlaqə saxlayır və Bakıdan konstruktiv cavab gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq. Bu mühüm məsələ ilə bağlı mövqeyimizi azərbaycanlı həmkarlarımıza çatdırdıq. Hesab edirəm ki, bu, Bakı üçün heç də az əhəmiyyət kəsb etmir. Biz konstruktiv cavab gözləyirik", - deyə Zaxarova qeyd edib.

Zaxarovanın məlum “tünd” açıqlamasını şərh edən politoloq Asif Nərimanlı Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, rəsmi Bakı və rəsmi Moskva arasında diplomatik gərginlik onsuz da davam edir və “Sputnik Azərbaycan”nın bağlanması bu gərginliyi artıracaq amillərdəndir.

Onun sözlərinə görə, baş verənləri diplomatik böhrana səbəb olacağı, hadisələrin bu həddə qədər inkişaf edəcəyi ehtimalı azdır, çünki hər iki ölkənin qarşılıqlı maraqları hadisələrin belə inkişafını qəbul etmir. Müsahibimiz bildirib ki, baş verənlər əslində tərəflərin müqavimət mübarizəsi kimi görünür:

“Rusiya bu amildən həmişə istifadə edib. Bakınının təyyarə qəzasına görə Moskva qarşısında tələbləri var. Rusiya bunu qəbul etmək istəmir, amma qəbul etməli vəziyyətlə üzləşə biləcəyini də anlayır. Sadəcə Bakının müqavimətini, hara qədər dirəniş göstərə biləcəyini də yoxlayırlar. “Sputnik Azərbaycan”la bağlı verilən qərarda Moskvanı qıcıqlandıran Bakının müqavimətidir”.

Asif Nərimanlı: Qarşıdakı mərhələdə gərginliyin yüksələcəyi gözləntisi var

Politoloqun fikrincə, bu məsələdə - Bakı-Moskva mübahisəsində Azərbaycanın müqaviməti Rusiyanın tələbləri qəbul edib-etməməsində həlledici rol oynayacaq və qarşıdakı mərhələdə gərginliyin yüksələcəyi gözləntisi var.

“Lakin sonda Putinin Əliyevə zəng edəcəyi və münasibətlərdə yaranmış problemlərin yoluna qoyulacağı fikrindəyəm”, - deyə Asif Nərimananlı vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR