• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Bakıya leysan yağacaq, bölgələrə dolu düşəcək - BU GÜNÜN HAVASI

CƏMİYYƏT

15 Aprel 2025 | 08:56

Bakıya leysan yağacaq, bölgələrə dolu düşəcək - BU GÜNÜN HAVASI

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. 

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, bu gün güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.


SON XƏBƏRLƏR