• Bakı 16° C

    9.81 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Oğuz Ayvazın yeni romanı işıq üzü gördü

CƏMİYYƏT

14 May 2025 | 22:02

Oğuz Ayvazın yeni romanı işıq üzü gördü

Yazıçı Oğuz Ayvazın sayca ikinci kitabı – “Qolları bağlı köynək” adlı romanı Qanun Nəşrlər Evində çap olunub.

Bakıvaxtı.az xəbər verir ki, əsər real hadisələr əsasında qələmə alınıb və beş ilə tamamlanıb. 

Kitabın redaktorları Ataqam və Ayxan Ayvazdır.

Romanın annotasiyasında qeyd olunur:

“Dəlixana haqqında çoxlu filmlər izləmiş, romanlar oxumuş ola bilərsiniz. Bu filmlər və romanlarda dəlixana adətən müəllifin təsəvvür etdiyi, reallıqdan uzaq formada təqdim olunur. Bu romanda isə siz dəlixananı olduğu kimi görəcəksiniz. Çünki müəllif özü ruhi dispanserdə müalicə alıb və yaşadıqlarını real cizgilərlə qələmə alıb. Onun keçirdiyi sarsıntılar, palatada şahidi olduğu hallüsinasiyalar və sayıqlamalar olduqca təsirli və canlıdır. Əsərdə yer alan “dəli” qəhrəmanlar uydurma deyil, real şəxslərdir. Ola bilsin, onlar bu gün də həmin divarların arxasındadırlar.”

Qeyd edək ki, bu, yazıçının ilk romanıdır.


SON XƏBƏRLƏR

14 May 2025