• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sumqayıt və Bərdədə təbiətə 30 min manatdan çox ziyan vuruldu

CƏMİYYƏT

13 Iyun 2025 | 18:15 | Müəllif: Subhan Mahmudov

Sumqayıt və Bərdədə təbiətə 30 min manatdan çox ziyan vuruldu

Son bir həftə ərzində Sumqayıt şəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidə və Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026