• Bakı 24° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

CƏMİYYƏT

08 Iyul 2026 | 17:45

Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs belə xilas edildi – ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR