Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın 16 may tarixli qərarı ilə “Günay Bank” ASC bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib.
Təbii ki, “Günay Bank”ın bağlanmasından daha çox əmanətlərini həmin banka etibar edənlər narahatdırlar.
Millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, “Günay Bank”ın bağlanması gözlənilirdi, çünki bankın aktivlərlə bağlı normaları yerinə yetirməyində problemlər var idi: “Bu da, təbii ki, Mərkəzi Bank tərəfindən “Günay Bank”ın lisenziyasının ləğv edilməsinə gətirib çıxardı”.
Deputat qeyd edib ki, sözsüz, bankların ləğvi, bağlanması, heç bir halda arzuolunan deyil. Nəticə etibarilə, bu hal bank sektoruna inama birbaşa təsir göstərir və güvənin azalmasına gətirib çıxarır: “Ona görə də, daha məqsədəuyğun olardı ki, zəif bankların bağlanması deyil, onların sağlamlaşdırılması prioritet olsun”.
V.Bayramovun sözlərinə görə, Mərkəzi Bank çalışmalıdır ki, zəif bankların həm konsolidasiya, həm də digər metodlardan istifadə etməklə onların sağlamlaşdırılması həyata keçirilsin: “Bu, həm də bank sektorunun inkişafı və banka olan inamın artırılması baxımından vacibdir. Hər halda Mərkəzi Bank tərəfindən sağlamlaşdırılma tədbirlərinin daha da genişləndirilməsinə ehtiyac var. Nəticədə, sistem əhəmiyyəti olmayan bankların gücləndirilməsi, sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması çox vacibdir”.
Aytac Aslan




jpg-1686997533.webp)

jpg-1686996031.webp)
jpeg-1686995889.webp)
jpg-1686994224.webp)







