• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Maştağada quldurluq edən şəxs saxlanıldı

CƏMİYYƏT

17 Iyun 2023 | 13:05

Maştağada quldurluq edən şəxs saxlanıldı

İyunun 15-də gecə saatlarında Maştağa qəsəbəsi ərazisində bir nəfərin bıçaqla hədələnərək döyülməsi, mobil telefonunun, içərisində 1500 manat pul və sənəd olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026