• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

TƏBİB-də 6500 manat əməkhaqqı alan həkim var

CƏMİYYƏT

17 Iyul 2023 | 12:26

TƏBİB-də 6500 manat əməkhaqqı alan həkim var

TƏBİB tabeliyində olan tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığı probleminin aradan qaldırılması, qabaqcıl üsulların tətbiqi, ixtisaslı kadr potensialının gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki,  bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib. 

O qeyd edib ki, proqram çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis 15 TƏBİB tabeli tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib: “İşə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı isə 5000 manat təşkil edib”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR