• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlanıb - FOTO

CƏMİYYƏT

16 Avqust 2023 | 10:57 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlanıb - FOTO

Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlər dövrünə aid qəbiristanlığı nəzarətə götürüb.

Dövlət Xidmətindən bildirilib ki, ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur:

“Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir. Tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcək”.

 


Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlanıb - FOTOCəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlanıb - FOTOCəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlanıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026