• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub

CƏMİYYƏT

15 Sentyabr 2023 | 10:36

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub

Sentyabrın 15-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, sentybarın 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.

Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026