• Bakı 14° C

    2.8 m/s

Qadını avtomobillə vurub qaçan sürücü tutuldu

CƏMİYYƏT

17 Iyul 2023 | 12:30

Qadını avtomobillə vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026