• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

TƏBİB pandemiyada gördüyü işləri AÇIQLADI

CƏMİYYƏT

17 Iyul 2023 | 12:22

TƏBİB pandemiyada gördüyü işləri AÇIQLADI

TƏBİB tərəfindən pandemiya müddətində koronavirusla (COVİD-19) mübarizə istiqamətində görülmüş işlər açıqlanıb. 

Bakıvaxtı.az xəbər verir ki,  bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib. 

O qeyd edib ki, TƏBİB tabeliyində olan tibb müəssisələrində yüksək keyfiyyətli avadanlıqla təmin olunmuş 14 PZR laboratoriyaları fəaliyyətə başlayıb: “Koronavirusla mübarizə üzrə səfərbər edilmiş 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub.

Ümumilikdə, ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilmiş və  ölkəyə 18.1 milyon doza vaksin gətirilib.

Xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib. Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb”.

O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində xaricdən tibbi personalın 236 nəfəri Kubadan həkim-mütəxəssis olmaqla, ümumilikdə 361 nəfər tibbi personal ölkəyə cəlb olunub.

Ramid İbrahimov
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR