• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yeni hakim 

CƏMİYYƏT

17 Iyul 2023 | 12:50

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yeni hakim

Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunlar rayon məhkəmələrinin hakimləri-Mahirə Kərimova, Fəxri Məmmədov və Anar Sadıqovdur.

Məhkəmənin spiker hakimi Telman Hüseynov sorğumuza cavab olaraq bildirib ki, sözügedən hakimlər iş yükünün yüngülləşdirilməsi ilə bağlı ezam olunublar:

“Hakimlərimizdən birinin vəfat etməsi, üç hakimin isə yaşla bağlı təqaüdə çıxacağı ilə bağlı məhkəmədə vakant yerlər yaranmışdı. Bununla bağlı belə qərar qəbul edilib ki, iş yükünün yüngülləşdirilməsi ilə bağlı rayon məhkəmələrindən üç hakim fəaliyyətini burada davam etdirsinlər. Artıq onların icraatına cinayət işləri verilib”.

Qeyd edək ki, Mahirə Kərimova Binəqədi, Fəxri Məmmədov Qazax, Anar Sadıqov isə Xaçmaz Rayon Məhkəməsinin hakimidir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026