“Bu tədbirdə xaricdə yaşayan soydaşlarımız olan həkimlər iştirak edir. Ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı həkimlərin şəbəkələşməsini istəyirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoizumunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O, xaricdə yaşayan azərbaycanlı həkimləri Azərbaycanda işləməyə dəvət edib: “Xaricdə işləyən həkimlərimizi ölkəmizin tibbi müəssisələrində çalışan həkimlərə bilik və bacarıqlarını bölüşməsini gözləyirik.
Onu da qeyd edim ki, ölkəmizdə müasir tələbələrə cavab verən tibb müəssisələrinin olduğunu nəzərə alaraq xaricdə işləyən azərbaycanlı həkimləri vətənə dəvət edirik”.
Ramid İbrahimov
















