• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Basketbol millilərimiz ilk oyunlarına çıxacaqlar

İDMAN

09 Iyul 2024 | 09:41

Basketbol millilərimiz ilk oyunlarına çıxacaqlar

Azərbaycanın 16 yaşadək qız və oğlanlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda ilk matçlarına çıxacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi, A qrupunda yer alan qızlardan ibarət yığma Ermənistan komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Milli növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

Tahir Baxşıyevin baş məşqçisi olduğu, A qrupunda mübarizə aparan 16 yaşadək oğlanlardan ibarət yığma isə ilk görüşdə Albaniya ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Milli növbəti oyunlarını iyulun 10-da Moldova, 11-də Malta komandalarına qarşı keçirəcək.

Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026