• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

"Sabah" və "Zirə" III təsnifat mərhələsində ilk matçlarına çıxacaq

İDMAN

08 Avqust 2024 | 09:15

Sabah və Zirə III təsnifat mərhələsində ilk matçlarına çıxacaq

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Zirə" və "Sabah" klubları bu gün III təsnifat mərhələsində ilk matçlarına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, hər iki komanda səfərdə oynayacaq.

"Zirə" Xorvatiya təmsilçisi "Osiyek"in qonağı olacaq. "Opus Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

"Sabah" isə İrlandiyada "Sent Patriks Atletik"lə üz-üzə gələcək. Dublindəki "Tallaqt" stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

22:00. "Osiyek" - "Zirə"

Baş hakim: Aristotelis Diamantopoulos (Yunanıstan).

Xorvatiya, "Opus Arena".

22:45. "Sent Patriks Atletik" - "Sabah"

Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)

Dublin, "Tallqat" stadionu

Qeyd edək ki, təmsilçilərimizin cavab matçları bir həftə sonra Bakıda olacaq.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024