• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Ukraynada skandal: Dərslikdə Krımsız xəritə verilib

DÜNYA

09 Sentyabr 2024 | 17:07

Ukraynada skandal: Dərslikdə Krımsız xəritə verilib

VII siniflər üçün yeni Ukrayna dili dərsliyində Krımsız xəritə çap olunub.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, dərsliyin müəlliflərindən biri Anastasiya Onatiy buna görə üzr istəyib.

Müəllif bunun ehtiyatsızlıq ucbatından baş verdiyini bildirib.

O, insidentə cavab olaraq “Krımı tamamlayın” fləşmobunun başlamasını təklif edib. Təklifin mahiyyəti ondan ibarətdir ki, müəllimlər sinifdə səhvi müzakirə etmək üçün 10-15 dəqiqə vaxt ayırsınlar və şagirdləri ilə birlikdə Ukrayna xəritəsinə Krımın rəsmini tamamlasınlar.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024