• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Qarabağ" Keyta ilə yollarını ayırdı

İDMAN

09 Sentyabr 2024 | 16:14

"Qarabağ" Keyta ilə yollarını ayırdı

"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, klubdan verilən məlumata görə, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.

Hamidu Keyta “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026