• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Cəlilabadda tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə olundu

CƏMİYYƏT

10 Sentyabr 2024 | 00:10

Cəlilabadda tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə olundu

Sentyabrın 8-də Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, 5 yaşlı R.İ. müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, yanğın rayonun Azərbaycan küçəsində yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Belə ki, hadisə zamanı evdə təxminən 5-6 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər. Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb./report


SON XƏBƏRLƏR

16 Sentyabr 2024