• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ərazilərdə qaz OLMAYACAQ

CƏMİYYƏT

09 Oktyabr 2024 | 23:31 | Müəllif: Subhan Mahmudov

Bu ərazilərdə qaz OLMAYACAQ

10.10.2024-cü il saat 10:00-dan etibarən Yasamal rayonunda yaşayış binasına təbii qazın verilməsi ilə əlaqədar qaz xəttinin mövcud şəbəkəyə qoşulması, “Qaz İxrac” İdarəsi tərəfindən “Şamaxı” QPS-də və saat 09:00-dan etibarən “Ucar” QPS-də yeni tənzimləyici qurğuların quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bakıvaxtı.az- a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu üzrə Sosial Evlər yaşayış kompleksinin, Şamaxı rayonunun (Şamaxı şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 15 kəndinin) və Ucar rayonunun (20 kənd) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR