• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

09 Sentyabr 2024 | 15:20

Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda baş verən qəzada üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində Bakı şəhərində yaşayan 2013-cü il təvəllüdlü H.Cəbizadə, 1968-ci il təvəllüdlü Lətifə Xanağa qızı Cəbiyeva və 1984-cü il təvəllüdlü Nailə Abış qızı Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

***

14:20

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.

    1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyevin idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneələrə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır. /Apa


    SON XƏBƏRLƏR

    16 Sentyabr 2024