Oktyabr ayına qədər Litvada kütləvi evakuasiya planı hazırlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın daxili işlər naziri Aqnes Bilotaiti elan edib.
"Milli miqyaslı bir plana ehtiyacımız var", - o əlavə edib.
Nazir əhalinin təhlükəsizliyinin kiberhücumlar və hibrid təhdidlər səbəbindən prioritet olduğunu vurğulayıb.
"Bu gün mülki müdafiə həmişəkindən daha aktualdır. Ukraynaya qarşı müharibə davam edir və təxribat bizim yeni reallığımızdır", - nazir vurğulayıb.
Latviya və Estoniya, həmçinin mülki müdafiənin gücləndirilməsi, sığınacaq və əhalinin xəbərdarlıq sistemlərini inkişaf etdirməsi üzərində işləyirlər.