• Bakı 19° C

    4.08 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Bakının mərkəzində qorxulu anlar – Xanım menecer maşının altında qaldı

HADİSƏ

09 Sentyabr 2024 | 15:36

Bakının mərkəzində qorxulu anlar – Xanım menecer maşının altında qaldı

Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən notariusun qarşısında ağır yol qəzası baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı natoriusun tabeliyində fəaliyyət göstərən tərcümə mərkəzinin gözətçisi avtomobillə oranın xanım menecerini vurub.

Belə ki, paytaxt sakini B.Məmmədova “Kia Sportage” markalı avtomobillə övladını Olimpiya ixtisasları üzrə ixtisaslaşdırılmış uşaq və gənclər gimnasitka məktəbinə idman dərsinə gətirib və maşınını mərkəzin qarşısında saxlayıb. O, maşının açarını ərazidə gözətçi işləyən H.Hüseynova verərək park etməsini bildirib. Açarı götürən H.Hüseynov sükan arxasına keçib və maşını arxaya doğru hərəkət etdirib. Lakin sürücülük vəsiqəsi və təcrübəsi olmayan 52 yaşlı kişi nəqliyyat vasitəsinin idarəetməsini itirib. Nəticədə avtomobil arxaya doğru sürətlə hərəkət edib və yolu keçən mərkəzin meneceri T.Osmanovanı vurub. Yıxılan gənc qız çoxsaylı xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

H.Hüseynov barəsində Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə iş açılıb. Xəsarətlər alan menecer iş yoldaşına ağır cəza verilməsini tələb edib.

Səbail məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edilib ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

10 Oktyabr 2024