"Tehranı davamlı inkişaf etdirmək planları mənasızdır".
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O, bildirib ki, Tehranın həddən artıq çox problemi var və paytaxtın başqa yerə köçürülməsi lazımdır.
"Tehran su qıtlığı, hava çirkliliyi və zəlzələ riski kimi problemlərlə mübarizə aparır. Bu problemlərə həll tapa bilmirik. Ən yaxşısı paytaxtı köçürməkdir. İnsanlara Tehrandan köçün deyə bilmərik. Ona görə də hökumət özü getməlidir və insanlar da onun ardınca gedəcək", - deyə prezident qeyd edib.
Qeyd edək ki, Tehranın ətraf rayonlar da daxil olmaqla, 17 milyondan çox əhalisi var. Qahirədən sonra Yaxın Şərqin ən sıx məskunlaşdığı şəhər olan Tehran 1786-cı ildən İranın paytaxtıdır.
Gülşən Şərif