• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Nyanqın yeni klubu bilindi

İDMAN

09 Sentyabr 2024 | 23:48

Nyanqın yeni klubu bilindi

Seneqal millisinin hücumçusu Mbaye Nyanq karyerasını Mərakeş çempionatında davam etdirəcək. 

Bakıvaxtı.az xəbər verir ki, o, "Vidad" klubuna keçib. 
 
Nyanq Şimali Afrika təmsilçisi ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Futbolçu yeni klubuna azad agent kimi keçib. Onun əvvəlki iş yeri İtaliya A Seriyasının “Empoli” klubu olub. 

Forvard karyerasının əvvəlində "Milan", Monpelye", "Cenoa", "Uotford", "Torino", "Renn" və bir çox başqa klublarda çıxış edib. 

Seneqal millisinin heyətində meydanda 15 oyun keçirən Nyanq bu görüşlərdə 4 qol vurub. "Transfermarkt" oyunçunun dəyərini cəmi 2,5 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024