• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Ağadadaş Ağayevin şikayətinə nə vaxt baxılacaq?

CƏMİYYƏT

09 Sentyabr 2024 | 20:50

Ağadadaş Ağayevin şikayətinə nə vaxt baxılacaq?

Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"a qarşı Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib.

Bakıvaxtı.az xəbər verir ki, işə oktyabrın 10-da hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ifaçı məhkəmədə "MedEra Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı "Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb.

Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "MedEra Hospital"ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb./qaynarinfo


SON XƏBƏRLƏR

16 Sentyabr 2024