• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Paşinyanla Kobaxidze sülh sazişindən DANIŞDI

DÜNYA

16 Sentyabr 2024 | 18:57

Paşinyanla Kobaxidze sülh sazişindən DANIŞDI

Gürcüstan Cənubi Qafqazda sabitliyi, sülh şəraitində birgəyaşayışı dəstəkləyir və bu baxımdan regiondakı çağırışların həlli prosesində birgə səylərin artırılmasının vacibliyini qeyd edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə Ermənistan hakimiyyətinin qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.

"Biz regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu bacardıqca oynamağa hazırıq", - İ.Kobaxidze vurğulayıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024