• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Elman Paşayevin nədə ittiham edildiyi məlum olub - YENİLƏNİB

HADİSƏ

17 Sentyabr 2024 | 12:37

Elman Paşayevin nədə ittiham edildiyi məlum olub - YENİLƏNİB

Rusiyada saxlanılan azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.

    Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adı qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.

    Qeyd edək ki, bu gün Rusiyanın Hərbi İstintaq Komitəsi Paşayevin saxlanılması barədə məlumat yayıb.APA

    ***

    09:02

    Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi açıb.

    Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

    E.Babayevin Moskvada dələduzluq ittihamı ilə saxlanıldığı bildirilir.

    İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada iş adamı Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində onu və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər.

    Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb.


    SON XƏBƏRLƏR

    18 Sentyabr 2024