• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polisə tabesizlik göstərən sürücü həbs olundu

HADİSƏ

17 Oktyabr 2024 | 10:20

Polisə tabesizlik göstərən sürücü həbs olundu

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postunda Seymur Salahovun idarə etdiyi “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib.

Lakin, S.Salahov məsuliyyətdən yayınmaq məqsədilə tabesizlik göstərərək hadisə yerini tərk edib. Görülən tədbirlərlə S.Salahov saxlanılıb və onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Məhkəmənin qərarı ilə S.Salahov 2 ay müddətində inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi sərxoş vəziyyətdə sükan arxasında əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhdid edən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026