• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Məşhur reper məhkəmənin qərarı ilə nəzarətə götürüldü

HADİSƏ

17 Sentyabr 2024 | 08:58

Məşhur reper məhkəmənin qərarı ilə nəzarətə götürüldü

Reper və prodüser P.Diddy (əsl adı Şon Kombs) zorakılıq və insan alveri ittihamı ilə münsiflər heyəti tərəfindən ittiham olunduqdan sonra Nyu-York məhkəməsində nəzarətə götürülüb.

Bakıvaxtı.az bu barədə “The New York Times”a istinadla xəbər verir.

Məlumata görə, Şon Kombs 2023-cü ildən bəri bir neçə dəfə zorakılıq və şantajda ittiham olunub.

Kombs 1969-cu ildə Nyu-Yorkda anadan olub. O, karyerasına 90-cı illərdə Puff Daddy, Diddy və P. Diddy təxəllüsü ilə çıxış edərək başlayıb. Repper, Grammy musiqi mükafatı aldığı debüt albomu No Way Out-dan (1997) sonra geniş şöhrət qazandı. Forbes jurnalı onun sərvətini 2022-ci ildə 1 milyard dollar dəyərində qiymətləndirərək onu Jay-Zdən sonra ikinci ən zəngin hip-hop sənətçisi edib.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024