• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Eyni işi görürük, amma məndən 100 dəfə çox qazanır" - Alişa Lemann

İDMAN

16 Sentyabr 2024 | 17:10

"Eyni işi görürük, amma məndən 100 dəfə çox qazanır" - Alişa Lemann

"Yuventus"un qadınlardan ibarət komandasının futbolçusu Alişa Lemann qadın futbolundakı əməkhaqqılardan şikayətlənib.

Bakıvaxtı.az xəbər verir ki, "RMC Sport" dünyanın ən cazibədar qadın futbolçusu sayılan isveçrəli hücumçunun sözlərini belə çatdırıb:

"Tez-tez məşqlərdən sonra Duqlas Luisə ("Yuventus"un braziliyalı dayaq yarımmüdafiəçisi Alişanın sevgilisidir - red.) bunun ədalətsizlik olduğunu deyirəm. Eyni işi görürük, amma o, məndən 100 dəfə çox qazanır. Əməkhaqqılar arasında belə fərq məni narahat edir. Çünki mən qadınam. Komanda yoldaşlarımla birlikdə İtaliyada qadın futbolunu inkişaf etdirə bilərik. Buna müəyyən vaxt lazımdır".Fanat.Az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026