• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

"Sabah" FIBA  Avropa Kubokunda növbəti matçına çıxacaq

İDMAN

16 Oktyabr 2024 | 10:17

Sabah FIBA  Avropa Kubokunda növbəti matçına çıxacaq

"Sabah"ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA  Avropa Kubokunda növbəti matçını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, G qrupunda yer alan Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv II turda Yunanıstan təmsilçisi "Marussi" ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Görüşü Rumıniya və Gürcüstandan olan hakimlər idarə edəcəklər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə Belçikanın "Spiru" komandasına 81:82 hesabı ilə məğlub olub.


SON XƏBƏRLƏR